26 C
Baku
Monday, June 27, 2022

Azərbaycanın Çinlə mənfi ticarət saldosu kəskin azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 316,922 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,7% azdır.

Hesabat dövründə ixracın həcmi 113,128 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 70,6% çoxdur. İdxal isə 203,794 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 22,4% azdır.

Nəticədə, 2021-ci ilin ilk iki ayında 90,665 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 2,2 dəfə azalıb.

MənbəAPA
Son xəbərlər
Oxşar xəbərlər