30 iyun 2024-cü il saat 10.00-da Bakıxanov-Çörək” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakılar daxildir:
1. Cəmiyyətin 2023-cü il üzrə illik hesabatının müzakirəsi və təsdiqi.
2. 2023-cü ilin nəticələri üzrə dividendlərin verilməsi.
3. Cəmiyyətin müşahidə şurasının müfəttişinin seçilməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi ilə bağlı materiallarla Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 26 B nömrəli ünvanda iş günləri saat 10.00-dan 16.00-dək tanış ola bilərlər.