22 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanın dəniz yataqlarından indiyədək 1 090 mln. ton neft hasil edilib

Azərbaycanın Xəzər dənizində yerləşən yataqlarından indiyədək 1 090 mln. ton neft hasil edilib.

Bunu SOCAR-ın yataqların işlənilməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Bakıda keçirilən Xəzər Texniki Konfransı zamanı deyib.

Onun sözlərinə görə, dəniz yataqlarından indiyədək 713 mlrd. kubmetr qaz hasil edilib.

Y. Lətifov qeyd edib ki, Azərbaycanın quru yataqlarından ötən dövr ərzində 979 mln. ton neft və 139 mlrd. kubmetr qaz hasil edilib.

O həmçinin bildirib ki, Azərbaycanda quruda indiyədək 53 neft-qaz yatağı aşkar edilib, onlardan 40-ı hazırda işlənməkdədir. Bundan başqa, ölkədə 28 dəniz yatağı aşkarlanıb ki, onlardan 19-u işlənməkdədir.

©APA-Economics

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər