24 C
Baku
Thursday, June 30, 2022

Azərbaycanın daha 2 yatağı satıldı – Qiymət

Yerin təkindən səmərəli istifadə, bu sahəyə investisiya qoyuluşu ölkə iqtisadiyyatına töhfə verən amillərdəndir. Faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı keçirilən hərraclar bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkan və əlverişli şərait yaradır. Bu baxımdan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərrac 4 mart tarixində keçirilib.

Hərracda Qazax rayonunda yerləşən “Daş Salahlı” əhəngdaşı yatağının 1.8 hektar sahəsi, Ağsu rayonun “Girdimançay” qum-çınqıl yatağının isə 5 hektar sahəsi istifadəyə verilib.

Hərraca çıxarılan “Daş Salahlı” əhəngdaşı yatağının LOT-1 və LOT-3 üzrə qalibi müvafiq olaraq “Nigar” MMC və fiziki şəxs Güliyev Elxan olub. “Girdimançay” qum-çınqıl yatağının LOT-1 üzrə keçirilən hərracının qalibi isə fiziki şəxs Hacıyev Hacıağa olub.

Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3IKcExo )

Hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 faizi miqdarında behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.

Son xəbərlər
Oxşar xəbərlər