36 C
Baku
Wednesday, August 17, 2022

Azərbaycanın daha 3 yatağı satışa çıxarıldı – Qiymətlər

Yer təkindən istifadə ilə bağlı ­04 mart 2022-ci il tarixində saat 11:00-da keçiriləcək hərracın elanı verilib.

Banker.az xəbər verir ki, hərraca Abşeron rayonunda “Güzdək muldası” əhəngdaşı yatağı, Qazax rayonunda “Daş Salahlı” əhəngdaşı yatağı və Ağsu rayonunda “Girdimançay” qum-çınqıl yatağı satışa çıxarılır.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44

Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
  2. Hərracda xidmət haqqının ödənilməsi barədə bank sənədinin əslini;
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  4. İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
  5. İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə – nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə – şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
  6. İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin surəti;
  7. İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.

İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 25 fevral 2022-ci il saat  16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər.

Hərracda iştirak etmək üçün hüquqi və fiziki şəxslər Agentliyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə (bundan sonra “ərizə”) təqdim edir.

Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.

Hərracda iştirak etmək istəyənlər 540 manat məbləğində xidmət haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, İstiqlaliyyat, 31 (Əlaqələndirici şəxs: Elçin Məcidov, telefon: (012) 505 97 82 (daxili 107)) ünvanından ala bilərlər.

Abşeron rayonu “Güzdək muldası” əhəngdaşı yatağı

 

N

Yatağın adı LOT

 

 

Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

(manatla)

Beh məbləği

(10%)

(manatla)

1 Güzdək muldası LOT-1 37 500 m3 1,5 ha əhəngdaşı 6 ilə qədər 387601.00

4472102.00

7 500 750
2 Güzdək muldası LOT-2 42 000 m3 2,0 ha əhəngdaşı 6 ilə qədər 389840.00

4470726.00

8 400 840

 

Qazax rayonu “Daş Salahlı” əhəngdaşı yatağı

 

N

Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

(manatla)

Beh məbləği

(10%)

(manatla)

1 Daş Salahlı LOT-1 136 476 m3 1,2 ha əhəgdaşı 16 ilə qədər 519536.00

4559346.00

27 300 2 730
2 Daş Salahlı LOT-3 31 000 m3 0,6 ha əhəgdaşı 5 ilə qədər 519403.00

4559714.00

6 200 620

 

Ağsu rayonu “Girdimançay” qum-çınqıl yatağı

 

N

Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

(manatla)

Beh məbləği

(10%)

(manatla)

1 Girdimançay LOT-1 150 000 m3 5,0 ha qum-çınqıl 10 ilə qədər 264624.00

4498621.00

15 000 1 500
Son xəbərlər
Oxşar xəbərlər