27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın dövlət aqrar şirkətinə maya qoyulub

Azərbaycan Sənaye Korporasiyasının (ASK) törəmə şirkətlərindən birinin nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, “ASK Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 2 413 manat, yaxud 0.37% artırılıb.

Beləlilə, ASK Agro-nun nizamnamə kapitalı 645 006 manat olmuşdur.

“ASK Aqro” MMC 2018-ci ildə yaradılıb və Şəki rayonunun Orta Zəyzid kəndində  fəaliyyət göstərir. Südçülük-maldarlıq üzrə  damazlıq təsərrüfatı rayonda cins maldarlığın inkişafında mühüm yer tutur. Müasir tipli bu heyvandarlıq kompleksində hazırda “Holştin-friz” (Hollandiya) cinsindən olan 1400 baş iribuynuzlu heyvan saxlanılır.  Heyvandarlıq kompleksinə böyük fermalar, sağım sexi, laboratoriya və yardımçı tiklilər daxildir. Sağım sexində quraşdırılan avadanlığın köməyi ilə bir dəfəyə 32 baş inəyin südünün ətraf mühitlə təması olmadan sağılması, toplanması, soyudulması və saxlanılması təmin olunur. Kompleksdə saatda 10 ton südün pasterize edib istehsal edilməsi üçün pendir zavodu, hər biri 500 ton tutumu olan ot saxlamaq üçün 3 ədəd talvar, silos və senaj basdırmaq üçün 6000 ton tutumu olan anbar  mövcuddur.

Son xəbərlər
Digər xəbərlər