13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Azərbaycanın dövlət banklarının kredit qoyuluşunda payı artdı

Bu il noyabrın 1-inə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 16 415.9 milyon manat təşkil edib.

Banker.az  Azərbaycan Respublikasının Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 2.9%, ilin əvvəli ilə müqayisədə 12.5%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 11% çoxdur.

Hesabat dövründə kredit qoyuluşlarında özəl banklar 78.3% (12 845.9 milyon manat), dövlət bankları 19.2% (3151.4 milyon manat), qeyri-bank kredit təşkilatları isə 2.5% (418.6 milyon manat) xüsusi çəkiyə malik olublar.

Ötən ilin müvafiq dövründə  özəl bankların kredit qoyuluşunda xüsusi çəkisi 79.4%, dövlət banklarının xüsusi çəkisi isə 18% təşkil edib. O cümlədən, oktyabrın 1-inə olan Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda özəl banklar 78.7%, dövlət bankları isə 18.7% paya sahib olub.

Son xəbərlər
Oxşar xəbərlər
X