12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycanın dövlət istiqrazlarının gəlirliliyi düşdü

16 mart 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106009886 ISIN-li, 20 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az bu barədə BFB-ya istinadən xəbər verir. 

Hərrac zamanı 22 investor tərəfindən qiymət intervalı 88.9360 (12.0000%) və 98.0424 (8.2499%) olan 33 sifariş təqdim edilmişdir. 

Maliyyə Nazirliyinin qərarına əsasən 16 martda keçirlən hərracda istiqrazların kəsmə qiyməti 97.7868 (8.3491%), orta ölçülmüş qiyməti 97.8961  (8.3066%) müəyyən edilmişdir. Məlumat üçün bildirək ki, kəsmə qiymətin faiz dərəcəsi martın 2-də cəmi 97.5281 (8.4500%), orta ölçülmüş qiyməti 97.5739 (8.4321%) müəyyən edilmişdi.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 120.25 milyon manat yerləşdirilmiş həcmi isə 30 milyon manat təşkil edilmişdir. Hərracda 10 mln. artması qaydalara görə mümkündür. Belə ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

İstiqrazların ödəmə tarixi  12 mart 2024-cü  il. 

Hərrac iştirakçıları 17 mart 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

Son xəbərlər
Digər xəbərlər