21 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Azərbaycanın dünyada internetin sürətinə görə reytinqi açıqlandı – 1 pillə geriləyib

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan dünyada mobil internetin sürətinə görə 140 ölkə arasında 64-cü yeri tutub.

Banker.az xəbər verir ki, bu barədə “Speedtest Global Index” hesabatının mart ayı üçün açıqlanan reytinqində deyilir.

Məlumata görə, ölkəmiz sabit internetin sürətinə görə isə 177 ölkə arasında 120-ci yerdə qərarlaşıb.

Reytinqə əsasən, mart ayı ərzində Azərbaycanda mobil internetdən yükləmənin sürəti 35.19 Mb/saniyədən 35.50 Mb/saniyəyə artıb. Sabit internetin yükləmə sürəti isə 25.55 Mb/san-dən 24.73 Mb/san-ə enib.

“Speedtest Global Index” reytinqinə əsasən, mart ayında Azərbaycan mobil və sabit internetin sürətinə görə 1 pillə geriləyib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər