22 C
Baku
Monday, October 7, 2024

Azərbaycanın dünyadakı karbon emissiyasındakı payı açıqlanıb

Dünyadakı karbon emissiyasının 0,13 %-i Azərbaycanın payına düşür.

Bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda “Karbon vergisinin iqtisadi təsirləri” mövzusunda sessiyada bildirib.

Onun sözlərinə görə, bu nisbət kifayət qədər kiçik olsa da, diqqətdən kənarda qalmamalıdır: “Çünki bizim başqa planetimiz yoxdur. Buna görə də qlobal çağırışlara müsbət töhfə vermək üçün siyasətimizi və karbonsuzlaşdırma strategiyalarımızı inkişaf etdirməyə davam etməliyik. Azərbaycanın 2040-cı ilədək emissiyaları 40 % azaltmaq öhdəliyi var. Bununla belə, biz xalis sıfır emissiya ssenarisini də nəzərdən keçirə bilərik. Bu ssenari qəbul ediləcək strategiya üçün müxtəlif iqtisadi sektorların təsirlərinin ətraflı təhlilini tələb edir”.

Şöbə müdiri diqqətə çatdırıb ki, İqtisadiyyat Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə karbon vergitutma istiqamətində yeni uzunmüddətli strategiya hazırlamaq ərəfəsindədir: “Bu istiqamətdə yaxşı iqtisadi mühit yaradılmalıdır və bunun ekoloji baxımdan qiymətləndirilməsi çox vacibdir. İlk növbədə hansı sektorlarda nə qədər emissiya olduğunu bilməliyik. Bunun üçün qiymətləndirmə aparılmalı, düzgün ssenari seçilməli və bu yolda düzgün ambisiyalar təyin edilməlidir”.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər