27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın elektron ticarətlə nağdsız ödənişləri ₼1 milyardı vurub keçir

Azərbaycanda elektron ticarət vasitəsi ilə nağdsız ödənişlərin həcmi 2021-ci ilin ilk rübündə 1 milyard 72 milyon manat təşkil edib.

Bunu Banker.az Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin mart ayı üzrə açıqladığı statistik göstəricilərə istinadən xəbər verir.

İlin ilk rübündə qeydə alınan rəqəmlər 2020-ci ilin eyni dövrü ilə müqayisədə 230 milyon  manat, yaxud 27% çoxdur.

Mərkəzi Bank açıqlayır ki, e-ticarətdə ödəniş əməliyyatlarının sayı 20 milyon 805 min ədəd təşkil edib. Bunun da 7 milyon 769 min ədədi mart ayının payına düşüb.

Mart ayı ərzində e-ticarət ödənişlərinin həcmi 407 milyon manat olması isə ölkə tarixində tarixi rekord sayılır. İndiyə qədər e-ticarətin ən böyük göstəricisi 2020-ci ilin dekabr ayında 399 milyon manatla qeydə alınmışdı.

43534534

Son xəbərlər
Digər xəbərlər