7 C
Baku
Wednesday, February 28, 2024

Azərbaycanın Gürcüstana investisiyaları 2 dəfədən çox azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstan iqtisadiyyatına 169,8 mln. ABŞ dolları məbləğində investisiya yatırıb.

Banker.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.Azərbaycanın qonşu ölkə iqtisadiyyatına qoyduğu investisiyaların məbləği 2018-ci ilin I rübündə 56,2 mln. dollar, II rübündə 80,5 mln. dollar, III rübündə isə ilkin hesablamalara görə 33,1 mln. dollar təşkil edib.

III rübdə Gürcüstana yatırılmış birbaşa xarici investisiyalarda Azərbaycanın payı 10,3% olub. Azərbaycan bu baxından Gürcüstanın Niderland (139,8 mln. dollar) və Cənubi Koreyadan (38,8 mln. dollar) sonra III böyük investoru olub.

İllik müqayisədə Azərbaycanın qonşu ölkəyə yatırdığı investisiyaların məbləğində 196,1 mln. dollar və yaxud 53,5% azalma qeydə alınıb.

Cari ilin III rübündə Gürcüstanda birbaşa xarici investisiyaların ümumi məbləği ilkin hesablamalara əsasən, 322,6mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 48,2% azdır. Azalmaya əsas səbəb boru kəməri layihələrinin tamamlanması, bəzi şirkətlərdə mülikiyyət hüququnun qeyri-rezidentdən rezidentə transfer olunması və birbaşa qeyri-rezident investorların öhdəliklərinin azalması olub.

Xarici sərmayələrin ən çox yatırıldığı sahələrin ilk 5-liyinə istehsal, nəqliyyat və rabitə, energetika, daşınmaz əmlak, mehmanxana və restoranlar daxildir.

Son xəbərlər
Digər xəbərlər