15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların həcmi açıqlanıb

Bu ilin I rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 15,4 mln. dollar investisiya qoyub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin rüblük hesabatında bildirilib.

Yanvar-mart aylarında Azərbaycanın yatırdığı sərmayələrin Gürcüstanın ümumi birbaşa xarici investisiyalarında payı 5,5% təşkil edib. Azərbaycan sərmayələrin həcmi baxımından qonşu ölkənin 6-cı böyük investoru olub. Ötən ilin I rübü ilə müqayisədə Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların həcmi 41,2 mln. dollar və ya 72% azalıb.

Hesabat dövründə Gürcüstan iqtisadiyyatına, ümumilikdə, 281,1 mln. dollar investisiya yatırılıb ki, bu da illik müqayisədə 6,3% azdır.

Birinci rübdə investisiyaların böyük həcmi sosial və şəxsi xidmətlər fəaliyyəti sahəsi (139,8 mln. dollar), maliyyə sektoru (42,7 mln. dollar) və nəqliyyat sahəsi (28,6 mln. dollar) olub. 

Report

Son xəbərlər
Digər xəbərlər