20 C
Baku
Bazar, Oktyabr 24, 2021

Azərbaycanın Gürcüstandan gübrə idxalı 78% artıb

Bu ilin ilk dörd ayında Azərbaycan Gürcüstandan 23 968,3 ton azot gübrəsi idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Məhsulun ümumi dəyəri 3 916 min ABŞ dolları təşkil edib.

İllik müqayisədə Azərbaycanın qonşu ölkədən tədarük etdiyi gübrənin həcmi 10 514,4 ton və ya 78% artıb.

Mənbə:Report.az
Son xəbərlər
Oxşar xəbərlər