25 C
Baku
Sunday, July 21, 2024

Azərbaycanın Gürcüstandan idxal etdiyi avtomobillərin qiyməti kəskin artıb, sayı azalıb

Gürcüstan bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 226.1 milyon ABŞ dolları dəyərində 14 206 ədəd avtomobil ixrac edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, 2023-cü ilin birinci yarısında Azərbaycana ixrac edilən avtomobillərin dəyəri illik ifadədə 74.8% və ya 96.78 milyon dollar artıb, sayı isə 292 ədəd və ya 2% azalıb.

Statistikaya əsasən, ötən ilin birinci yarısında Gürcüstan Azərbaycana 129.3 milyon dollar dəyərində 14 498 ədəd avtomobil ixrac edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər