Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 32% artıb

0

2019-cu il ərzində Azərbaycanın Gürcüstanla apardığı ticarət mübadiləsinin həcmi 659 027,04 min ABŞ dolları təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 79 586,34 min dollar və ya 13,7% çoxdur.

Ötən il Azərbaycandan Gürcüstana ixracın həcmi 2018-ci il ilə müqayisədə 101 557,47 min dollar və ya 20,9% artaraq 586 904,09 min dollar, idxalın həcmi isə 21 971,13 min dollar və ya 23,3% azalaraq 72 122,95 min dollar təşkil edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Nəticədə, 514 781,14 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 123 528,6 min dollar və ya 31,6% çoxdur.

©APA