31 C
Baku
Friday, July 19, 2024

Azərbaycanın həyat sığortası bazarı rekord yeniləyir – İlk 4 aya 231 milyonluq yığım!

Azərbaycanda həyatın yaşam sığortası üzrə bazar ilin ilk 4 ayında kəskin böyüyüb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-aprel ayları ərzində ümumi könüllü həyat sığortası üzrə 205.49 mln. manatlıq sığorta haqqı yığılıb və 71.54 mln. manatlıq sığorta ödənişi həyata keçib.

İcbari həyat sığortası 30.31 mln. manatlıq yığım və 651 min manatlıq ödəniş həyhata keçib.

Həyatın yaşam sığortası üzrə yığımların həcmi  195.41 mln. manatı sığorta haqları yığıldığı halda 71.06 mln. manatlıq ödənişlər olub.

Bu da illik müqayisədə həyatın yaşam sığortası üzrə yığımların 142% artımı, ödənişlərin isə 4.5 dəfə artması deməkdir.

Həyatın yaşam sığortası üzrə təkcə aprel ayındakı yığımların həcmi 71.58 mln. manat olub. Bu 2022-ci ilin eyni dövründə 28% çoxdur.

Həyatın ölüm halından sığortası üzrə yığımların həcmi ilk 4 ayda  8.73 mln. manat, ödənişləri üzrə isə cəmi 471 min manat olub.

 

Həyat sığorta şirkətlərini üzrə gstərici, min manat
Yığım Ödəniş
PAŞA Həyat ASC    201,305.37    62,761.45
Atəşgah Həyat      22,241.85      7,651.09
Qala Həyat        8,021.23          903.55
Xalq Həyat        3,014.13          870.47
Meqa Həyat        1,224.04              3.02
CƏMİ    235,806.62    72,189.58

 

 

 

Son xəbərlər
Digər xəbərlər