Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti hidroloji şəbəkələrin modernləşdirilməsini bu şirkətə həvalə edib.
Banker.az bildirir ki, bunun üçün, Milli Hidrometeorologiya Xidməti “Aznav Company” QSC-ni seçib.
Buna görə, şirkətə dövlət qurumu 1.3 mln. manat vəsait ödəyəcək.
“Aznav Company” QSC Azərbaycanda hər növ uçuşları idarəetmə sistemləri, radionaviqasiya, radar müşahidə sistemləri və meteo avadanlıqların satışı və quraşdırılmasını həyata keçirən şirkətdir.







