Azərbaycanın Rusiyadan idxalı azalıb.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Rusiyadan 2021-ci ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 478 min dollarlıq və ya 0.2% az olmaqla 767 milyon 962 min dollarlıq mallar idxal edilib. 2020- ilin yanvar-may aylarında Rusiyadan 769 milyon 440 min dollarlıq mallar idxal edilmişdi.
Qeyd edilən dövrdə Azərbaycanın Türkiyədən idxalı isə 46 milyon 244 min dollar və ya 7.5% artaraq 660 milyon 433 min dollar təşkil edib.
2021-ci ilin ilk 5 aynda Azərbaycanın Çindən idxalı isə 15 milyon 687 min dollar və ya 3% artaraq 556 milyon 909 min dollar təşkil edib.