22 C
Baku
Wednesday, May 22, 2024

Azərbaycanın iki broyler müəssisəsi birləşir

“Yumurta No 1” MMC fəaliyyətinə xitam verərək “Hacıqabul Quşçuluq Şirkəti” MMC-yə qoşulduğunu elan edir.

Banker.az xəbər verir ki, “Yumurta No 1” MMC-nin hüquq və vəzifələri “Hacıqabul Quşçuluq Şirkəti” MMC-yə keçir.

“Hacıqabul Quşçuluq Şirkəti” MMC “Yumurta No 1” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.

Hacıqabul Quşçuluq Şirkəti 1976-cı ildə Adışirin Babaşov tərəfindən Hacıqabul rayonunun Ağacanlı kəndində qurulmuşdur. 30.0000kv. metr sahədən ibarət olan fabrik, hazırda, illik 150.000.000 ədəd yumurta istehsal gücü ilə ölkəmizin, eləcə də Zaqafqaziyanın ən böyük yumurta istehsalçısıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər