9 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Azərbaycanın ilk 9 ayda əsas ticarət tərəfdaşları açıqlandı – TOP 5

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın ticarət dövriyyəsində əsas yerləri İtaliya, Türkiyə, Rusiya, Çin və Almaniya tutub. Ticarət dövriyyəsi İtaliya ilə 5 974 735.70 min dollar, Türkiyə ilə 3 247 844.34 min dollar, Rusiya ilə 2 053 856.62 min dollar, Çin ilə 1 293 236.15 min dollar, Almaniya ilə 714 299.03 min dollar həcmində olub. Bu da ümumi dövriyyəyə nisbətdə müvafiq olaraq 26.01%, 14.14%, 8.94%, 5.63% və 3.11% deməkdir.

Banker. Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Qeyd edilən dövrdə İtaliya, Türkiyə, Rusiya, İspaniya və Xorvatiya Azərbaycanın ixracatında ilk beşlikdə qərarlaşıb. İtaliyaya 5 646 768.12 min dollar, Türkiyəyə 1 938 203.94 min dollar, Rusiyaya 613 773.12 min dollar, İspaniyaya 558 273.68 min dollar, Xorvatiyaya isə 547 868.16 min dollar dəyərində məhsul satılıb. Ümumi ixraca nisbətlə bu göstəricilər müvafiq olaraq 38.60%, 13.25%, 4.20%, 3.82% və 3.74%-dir.

İlk 9 ay ərzində ərzində Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr isə Rusiya, Türkiyə, Çin, Almaniya və ABŞ olub. Komitənin təqdim etdiyi hesabata əsasən, Rusiyadan 1 440 083.51 min dollar, Türkiyədən 1 309 640.40 min dollar, Çindən isə 1 158 684.07 min dollar, Almaniyadan 485 180.27 min dollar, ABŞ-dan isə 336 840.03 min dollar dəyərində məhsul alınıb. Bu da ümumi idxala nisbətlə  müvafiq olaraq 17.26%, 15.69%, 13.89%, 5.81% və 4.04% göstərici deməkdir.

Son xəbərlər
Oxşar xəbərlər
X