26 C
Baku
Sunday, July 6, 2025

Azərbaycanın İndoneziya ilə ticarət dövriyyəsinin dəyəri 27 milyon dollara çatdı

İqtisadiyyat naziri Mikayıl Cabbarov İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidlə görüşüb.

Bnker.az xəbər verir ki, bu barədə İqtisadiyyt Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın İndoneziya ilə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 64% artaraq 27 mln. ABŞ dolları təşkil edib.

Səfir Hildi Hamid iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, İndoneziya şirkətlərinin nəqliyyat və tekstil sahələrində, işğaldan azad edilmiş ərazilərimizin bərpası məqsədilə həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Son xəbərlər
Digər xəbərlər