11 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Azərbaycanın internetin sürətinə görə dünyadakı yeri açıqlandı

Azərbaycan dünyada mobil internetin sürətinə görə 138 ölkə arasında 64-ci yeri tutub.

Banker.az-ın məlumatına görə, bu barədə “Speedtest Global Index” hesabatının sentyabr ayı üçün açıqlanan reytinqində deyilir.

Ölkəmiz sabit internetin sürətinə görə isə 181 ölkə arasında 127-ci yerdə qərarlaşıb.

“Speedtest Global Index” reytinqinə əsasən, bununla belə, sentyabr ayında Azərbaycan mobil internetin sürətinə görə bir ildə 2 pillə geriləyərək 64-cü olub. Sabit internetin sürətində isə 3 pillə irəliləyib və 127-ci olub.

Dünyada ən sürətli interneti olan ölkələrin ilk üçlüyünün reytinqinə isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Cənubi Koreya və Norveç daxil olub. BƏƏ-də mobil internetin sürəti 238.06 Mb/san, Cənubi Koreyada 202.61 Mb/san, Norveçdə isə 177.72 Mb/san təşkil edib.

Ən sürətli sabit internet isə Monako, Sinqapur və Honq-Konqdadır. Monakoda stasionar telefon ilə internetə 261.82 Mb/san-yə qoşulmaq mümkündür. Sinqapurda sabit internetin sürəti 255.83 Mb/san, Honq-Konqda isə 254.70 Mb/san-dir.

Son xəbərlər
Oxşar xəbərlər
X