4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Azərbaycanın internetlə təchizatında çətinliklər yaranıb

Bu gün səhər saatlarından başlayaraq Azərbaycanın bir sıra şəhər və rayonlarının internetlə təchizatında çətinliklər yaranıb.

Bir çox internet provayderlərinin işi iflic olub. KTV internet provayderi isə ümumiyyətlə işləmir.

Ölkəyə xaricdən interneti gətirən ana provayderlər problemlə üzləşiblər.

“Çətinlik bütün internet kanallarında deyil, əsasən yüklü kanallarda qeydə alınıb. Hazırda yaranmış fasilənin səbəbi araşdırılır.

İlkin ehtimala görə, Rusiya üzərindən ölkəmizə daxil olan internet kanalında problem var. Ümid edirik ki, qısa zaman ərzində problem həll ediləcək”, – İKT sektorundakı mənbə bildirib.

Son xəbərlər
Oxşar xəbərlər