22 C
Baku
Thursday, August 11, 2022

Azərbaycanın investisiya şirkəti kiçilib – Maliyyə vəziyyəti

“Unicapital İnvestisiya Şirkəti” ASC 2021-ci ili 896 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə şirkətin mənfəəti 521 min manat olub ki, bu da illik müqayisədə 1.7 dəfə çoxdur.

Banker.az bu barədə investisiya şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Unicapital”ın faiz gəlirləri 714 min manat, faiz xərcləri 356 min manat, komissiya gəlirləri 1 milyon 460 min manat, komissiya xəcləri 219 min manat, dilinq gəlirləri 1 milyon 17 min manat, dilinq xərcləri 31 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Unicapital”ın aktivləri 5 milyon 544 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 2.4 dəfə azdır. Hesabat dövründə investisiya şirkətinin kapitalı isə 7.6% azalaraq 1 milyon 802 min manata düşüb.

Xatırladaq ki, “Unicapital” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.

unc unc1

 

Son xəbərlər
Oxşar xəbərlər