21 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanın ixrac etdiyi almanın dəyəri bahalaşıb

Bu ilin ilk 11 ayında Azərbaycandan $32.8 mln. dəyərində 59 579.75 ton alma ixrac olunub ki, bu da qeyd olunan dövrdə qeyri-neft sektoru üzrə ixracında 1.39% pay deməkdir.

Banker.az-ın Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş statistikalara əsasən apardığı hesablamalarına görə, alma ixracı ötən ilin müvafiq dövrünə nisbətən dəyər ifadəsində $5.2 mln. və ya 19% çox, miqdar ifadəsində isə 7 660.78 ton və ya 11.4% azdır. Buradan aydın olur ki, ixrac olunan almanın qiymətində artım baş verib.

Qeyd edək ki, təkcə noyabr ayı ərzində $5.2 mln. dəyərində 8 187.18 ton alma ixrac olunub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər