2 C
Baku
Friday, March 1, 2024

Azərbaycanın ixrac etdiyi şəkərin 1 tonu $175 bahalaşıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın şəkər ixracı ötən ilin analoji dövrünə nisbətən həcm etibarilə həcm etibarilə 8 722.38 min ton və ya 16.6% azalsa da, ixrac gəlirləri 2 milyon 996.6 min ABŞ dolları və ya 10.8% artıb.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin ilk 11 ayında xaricə 43 738.19 ton şəkər satılıb. Xaricə şəkər satışından ölkənin qazancı 30 milyon 832.06 min ABŞ dolları olub. Ötən ilin yanvar-noyabr aylarında isə 52 460.57 ton şəkər ixracından ölkənin gəlirləri 27 milyon 835.46 min ABŞ dolları təşkil etmişdi.

Beləliklə, ötən il 1 ton şəkər xaricə $530-a satılırdısa, cari ildə bu məbləğ $175 və ya 33% artaraq $705-a çatıb.

 

 

Son xəbərlər
Digər xəbərlər