Azərbaycanın ixrac etdiyi və ölkəmizə idxal olunmuş məhsulların pay sahibi olduğu ölkələr – [Siyahı]

0

2019-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 14 449. 25 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8615,10 milyon dollar olub və nəticədə 2780,95 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinad edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Azərbaycanın İxrac etdiyi məhsulların 

  • 29,7 faizini İtaliyaya,
  • 11,4 faizini Türkiyəyə,
  • 7,0 faizini Çinə,
  • 5,6 faizini Hindistana,
  • 5,5 faizini Almaniyaya,
  • 5,2 faizini İsrailə,
  • 4,9 faizini İspaniyaya,
  • 3,8 faizini Çexiyaya,
  • 3,4 faizini Gürcüstana,
  • 3,2 faizini Rusiyaya,
  • 3,0 faizini Fransaya,
  • 2,5 faizini Portuqaliyaya
  • 2,1 faizini Böyük Britaniya
  • 1,5 faizini Ukraynaya
  • 1,4 faizini Tailanda
  • qalan 9.71 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir. 

 

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin

  • 14,2 faizi İsveçrə,

  • 14,0 faizi Rusiya,

  • 9,7 faizi Türkiyə,

  • 8,3 faizi Çin,

  • 6,6 faizi ABŞ,

  • 4,8 faizi Almaniya,

  • 4,6 faizi İran,

  • 3,6 faizini Kanada

  • 3,5 faizi Avstraliya,

  • 3,1 faizini Ukrayna

  • 2,7 faizini İtaliya

  • 2,1 faizini Fransa,

  • 2,0 faizini Qazaxıstan,

  • 1,7 faizini Böyük Britaniya,

  • 1,5 faizini Yaponiya,

  • 17,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

Qeyd edək ki, ötən ilin müvafiq dövrüylə müqayisədə ixracda İtaliya məhsullarının faiz göstəricisi 22,4%-dən 29,7%-ə qədər artmışdır.

Lakin, Azərbaycana Rusiyadan idxal olunan məhsulların ötən il ilə müqayisədə faiz göstəricisi 17,4%-dən 14%-ə qədər azalmışdır. 14,2% olmaqla ilk yerdə ümümi idxaldakı pay sahibliyinə görə İsveçrə olmuşdur.