9 C
Baku
Sunday, April 14, 2024

Azərbaycanın kənd təsərrüfatı 2027-ci ilədək hər il orta hesabla 4 % artacaq

2022‒2026-cı illərdə Azərbaycanın kənd təsərrüfatının hər il orta hesabla 4 % artacağı nəzərdə tutulur.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sektorunun dayanıqlı inkişafının təmin edilməsi hökumətin strateji fəaliyyət gündəliyinin prioritet istiqamətlərdən birini təşkil etməklə yanaşı, məhsuldarlığın artırılması baxımından kifayət qədər geniş inkişaf potensialının mövcud olmasına dəlalət edir: “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında aqrar sektor, sənaye və xidmət sahələrində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artacağı, həmçinin yeni iş yerlərinin yaradılacağı qeyd olunub”.

O.Məmmədov vurğulayıb ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi fonunda “Tarladan süfrəyə” prinsipi ilə qurulmuş sistemin davamlı transformasiyasına nail olmaqda maraqlıyıq: ” Yaşıl enerji, rəqəmsallaşma və daha güclü biznes mühiti davamlı kənd təsərrüfatının qurulması üçün əsas hədəflər sayılır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər