4 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Azərbaycanın keçmiş başçısı Əbdürrəhman Vəzirov vəfat etdi

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov 91 yaşında vəfat edib.

Banker.az xəbər verir ki, məlumatı mediada onun yaxınları yayıb.

Qeyd edək ki, Əbdürrəhman Xəlil oğlu Vəzirov 1930-cu ildə Bakıda anadan olub.

O, 20 fevral 1985 — 19 may 1988-ci illərdə SSRİ-nin Pakistan İslam Respublikasınnda Fövqəladə və Səlahiyyətli Səfiri işləyib.

22 yanvar 1979 — 10 fevral 1985-ci illərdə SSRİ-nin Nepal Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri işləyib.

21 may 1988 — 18 yanvar 1990-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası MK-nın 13-cü birinci katibi işləyib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər