25 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın keçmiş xarici işlər naziri vəfat edib

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov vəfat edib.

O, 82 yaşında İsveçrədə dünyasını dəyişib.

Sabiq nazir uzun illərdir bu ölkədə yaşayırdı.

Qeyd edək ki, T.Qasımov 1938-ci ildə anadan olub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra Azərbaycan Еlmlər Akadеmiyasının Fizika İnstitutunda işləyib.

O, 1992-1993-cü illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb. T.Qasımov uzun illərdir ailəsi ilə birlikdə İsveçrənin Lütsern şəhərində yaşayırdı.

Allah rəhmət eləsin!

©Report

Son xəbərlər
Digər xəbərlər