27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın kosmik fəaliyyətdən qazancı açıqlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) gəlirlərinin 90 %-i xarici bazarlardan formalaşıb.

Bunu “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kosmik fəaliyyət haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Bütün diqqəti xarici bazarlara yönəltmişik. 2013-cü ildən bu günə “Azərkosmos” 515 milyon manat gəlir əldə edib. Bunun 90 %-i xarici bazarlardan olub. Yəni biz dollar və avro ilə gəlir əldə edirik və ölkəmizə valyuta axınına dəstək veririk”, – S.Əsədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın 42 ölkədə 182 müştərisi var: “Bunların əksəriyyəti Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrindədir. Peyk tutumlarımızın 80 %-dən xidmət göstərilir. Bu faiz dəyişkəndir. Bəzən 90 %-ə qalxır. Amma ümumi sənayedə utilizasiya faizi 80 %- ə yaxındır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər