Azərbaycanın kredit bazarında ən əsas risklərdən biri qeyri maliyyə təşkilatları tərəfindən verilən borclardır

Müsahibimiz Finca Azerbijan Bank olmayan kredit təşkilatının İdarə heyətinin sədri Maniş Sanedir

Qısa tərcümeyi-halı

“FINCA Azerbaijan”a 2006-cı ilin noyabr ayında Baş Maliyyə Meneceri kimi qoşulmuş və 2010-cu ilin iyul ayından etibarən Baş İcraçı Direktor (Ölkə Direktoru) səlahiyyətlərini icra etməyə başlamışdır. 2011-ci ilin mart ayında Maniş Sane Baş İcraçı Direktor vəzifəsinə təyin edilmişdir. FINCA-ya qoşulmazdan əvvəl o, Hindistan, Qazaxıstan, Əlcəzair və Azərbaycanda müxtəlif özəl şirkətlərdə 13 il maliyyə menecmentliyində işləmişdir.

Maniş Sane Hindistanın Pune universitetinin məzunu və həmçinin Hindistanda Mühasib-Ekspert və Mühasibat Menecmenti təşkilarlarının üzvüdür. O, bu yaxınlarda Amerikan Bankçılar Assosiasiyası tərəfindən təşkil olunan “Stonier Graduate School of Banking” proqramını bitirmişdir. Maniş Sane “FINCA Russia”nın İdarə Heyətində və “FINCA Kyrgyzstan”ın Audit Komitəsində təmsil olunur. Hər iki təşkilat FINCA-nın 21 ölkədəki şəbəkəsinə daxildir. Evlidir və bir qızı var.

FİNCA Azərbaycanda ən böyük mikromaliyyələşmə təşkilatıdır. Şirkətiniz belə yüksək nəticələrə necə nail oldu?

Bəli, bu bir həqiqətdir, bu uğurun qazanılmasında bir sıra amillərin rolu olmuşdur: olduqca güclü kredit texnologiyası, FINCA Group-un davamlı dəstəyi və nəzarəti, təşkilatın bütün səviyyələrindən olan əməkdaşların özlərini bu işə həsr etməsi və göstərdiyi səylər, ən sonda isə heç də az əhəmiyyət daşımayan bir amil –bizim bütün Azərbaycanı təmiz və şəffaf mikromaliyyələşmə ilə təchiz etmək baxımından heç bir güzəşt bilməyən korporativ fəlsəfəmiz –bütün bu nüanslar birlikdə bizə müştərilərə xidmətlərlə bağlı vəd etdiyimiz obrazı formalaşdırmaq imkanı verdi.

Mümkünsə bizim oxuculara FİNCA Azerbaijan ilə FINCA International arasında mövcud olan əlaqələr ilə bağlı bir az məlumat verərdiniz.Bu münasibət sadəcə səhmdarlıqla yekunlaşır, ya FİNCA International həm də idarəetmədə təmsil olunur? Bütün dünya boyu fəaliyyət göstərən FİNCA kompaniyaları necə, onlar da eyni strategiya əsasında idarə olunurmu?

manish-saneFINCA Azerbaijan-ın təsisçisi olan FINCA International onun 100% sahibkarıdır və o, 21 ölkədə bu əsasda fəaliyyət göstərir. Bu nəinki, ona qərar qəbulu ilə bağlı eksklüzivlik hüququ verir, həmçinin də bütün ölkələrdəki fəaliyyəti eyni bir standarta uyğunlaşdırmağa icazə verir. İdarə heyətinin bütün tərkibi yalnız FİNCA International tərəfindən seçilir və təyin olunur, bu qayda fəaliyyətdə olduğumuz bütün ölkələr üçün keçərlidir.

Azərbaycanda mikromaliyyələşmənin və bank sektorunun inkişaf səviyyəsindən razısınızmı?

Geniş mənada bəli, biz FINCA Azerbaijan-da qətiyyətlə inanırıq ki, yeni iş yerlərinin açıldığı regionların potensialı nəinki əhalinin Bakıya axınını kifayət qədər azaltmağa, həm də regionlarda yeni inkişaf və artım perspektivlərini üzə çıxarmağa imkan verəcəkdir. Bizim inamımız olduqca güclüdür və elə bu səbəbdəndir ki, müştərilərimizin 80%- məhz regionların payına düşür.

FINCA aqressiv və aktiv kredit siyasəti tətbiq edən kredit təşkilatlarından biridir, faizlər də kifayət qədər yüksəkdir. Bəs necə olur ki, buna rəğmən şirkət bu qədər müştəri cəlb etməyə müyəssər olur, sizin sirriniz nədədir?

Ötən il FINCA International (bütün 21 ölkənin adından) SMART Campaign-a qoşulmuşdur, bu təşkilat, mikromaliyyələşmə biznesinin fəaliyyət göstərdiyi bütün ölkələri əhatə edir. Kampaniyanın iki başlıca prinsipi ondan ibarətdir ki, müştərilərə ən əlverişli faiz dərəcələri təklif edilsin və müştərilərin hüquqlarını müdafiə etmək üçün bütün lazımı mexanizmlər işə salınsın. Bu məcrada FINCA Azerbaijan 2012-ci ildə artıq faiz dərəcələrini 2 dəfə aşağı salmışdır. Nəinki bizim faiz dərəcələrimiz bazara kifayət qədər uyğundur, biz həmçinin qiymətləri də bazara müvafiq etmək üzərində davamlı şəkildə işlər görürük.

Bilirik ki, Azərbaycan bazarında fəaliyyət göstərən kredit müəssisələrinin əksəriyyəti əməliyyat və kredit risklərini azaltmaq məqsədi ilə öz ödənişlərini banklar vasitəsi ilə həyata keçirirlər. Bir müddət əvvəl bu qaydaya FİNCA-da da əməl olunurdu.

Amma artıq bir neçə müddətdir ki, FİNCA yenidən kredit paylanmasını öz kassaları vasitəsi ilə həyata keçirir, bunu zəruri edən nə idi, niyə yenidən kassaya qayıtmaq qərarı verdiniz?

Ölçüləri kiçik və orta olan istənilən bir müəssisə üçün xərcləri azaltmağın (və riskləri optimallaşdırmağın) ən yaxşı üsulu xidmətlərin outsoursinqindir (nağd vəsaitlərin paylanması baxımından). Lakin ölçülərin böyüməsi ilə müştərilərə bir-başa olaraq şirkətin özü tərəfindən xidmət göstərilməsi ehtiyacı da artır -2010-cu ildən bəri FINCA Azerbaijan aktiv şəkildə bütün şəbəkə boyu öz kassa aparatlarını açmağa başladı və artıq 2013-ci ildə bizim bütün filiallarımızda bu xidmət həyata keçirilir. Bu, bizə öz müştərilərimizə daha yaxşı xidmət göstərmək imkanı verir.

Yaxın gələcəkdə “FINCA Azerbaijan” Azərbaycanın kredit bazarında hansı yenilikləri tətbiq edə bilər, 2013-cü ildə sizdən hansı innovasiyaları gözləyə bilərik?

Biz belə düşünürük ki, heç bir biznes innovasiya və ya dəyişiklik olmadan müasir rəqabət dünyasına tab gətirə bilməz. Öz növbəmizdə biz də öz müştərilərimizə daha mütərəqqi xidmətlər və yeni məhsullar təklif etmək üçün çoxsaylı proyektlər üzərində işləyirik.

2013-cü ildə Azərbaycan kredit bazarını gözləyən mümkün risklər sırasında nələri qeyd edə bilərsiniz?

Azərbaycanın kredit bazarında ən əsas risklərdən biri qeyri maliyyə təşkilatları tərəfindən verilən borclardır (nümunə üçün dükanlar və məhsullarını kreditlə satan digər bizneslər). Bu kreditlər Mərkəzi Bankın Kredit Reyestri (MKR) tərəfindən qeydiyyata alınmır. Nəticə etibarı ilə digər banklar və kredit təşkilatları qeydiyyatda olmayan kreditlər barədə informasiyanın çatışmazlığı səbəbindən əhaliyə verilən kreditlər ilə bağlı risklərini düzgün qiymətləndirmək iqtidarında olmurlar.

Azərbaycanda olduğunuz artıq bir neçə ildir. Bilmək istərdik ki, yerli əhali ilə bağlı və ümumiyyətlə hansı nüanslar sizin burada adaptasiyanızı sürətləndirdi və əksinə burada sizə olduqca qəribə görünən xüsusiyyətlər nələr oldu?

Mən düşünürəm ki, adaptasiya ilə bağlı prosesdə ən mühüm nüanslar təkcə bu ölkəyə təşrif buyuran şəxsdən deyil, həm də onun birlikdə yaşadığı və işlədiyi insanlardan, onun əhatəsindən asılı olur. Mənim buradakı adaptasiyam gözəl, qayğıkeş və qonaqpərvər dostlar və həmkarlarım sayəsində çox asan, həm də olduqca müvəffəqiyyətli oldu, buna görə onlara təşəkkür edirəm. Yeganə qəribə xüsusiyyət odur ki, burada kredit mədəniyyəti hələ də yetərincə yetişməyib və onun gələcək inkişafını izləmək olduqca maraqlı olardı.

Sonda ənənəvi sualımız, şəxsi təcrübənizə əsaslanaraq, maliyyə və bank sektorunda karyera qurmaq istəyən gənclərə nələri tövsiyə edərdiniz?

Bu ölkədəki bank və maliyyə sektoru məhsul çeşidliliyi və bolluğu səviyyəsinə çatmaq (nümunə üçün svoplar, törəmə qiymətli kağızları, kredit məktubları, çeklərin daha geniş əhatədə istifadə olunması və s), xidmətlər şəbəkəsini inkişaf etdirmək və daha geniş miqyasda əhaliyə çıxış əldə etmək üçün hələ uzun inkişaf yolu keçməlidir – məhz bu nüans gənc mütəxəssislərə geniş imkanlar yaradır ki, müxtəlif təlim və treninqlər keçərək, müvafiq təcrübə əldə etməklə sözü gedən sənaye sahəsini həmin texnologiyaların köməkliyi ilə inkişaf etdirsinlər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.