25 C
Baku
Monday, July 7, 2025

Azərbaycanın mədənçıxarma sektorunda neft istehsalı azalır, qaz istehsalı artır

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-sentyabr aylarında 27,8 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az sənaye məhsulu istehsal edilib. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,1 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 10,8 faiz artmışdır.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Sənaye məhsulunun 60,1 faizi mədənçıxarma sektorunda, 33,8 faizi emal sektorunda, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 8,3 faiz artmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,7 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,8 faiz azalmışdır.

Son xəbərlər
Digər xəbərlər