23 C
Baku
Tuesday, May 21, 2024

Azərbaycanın maliyyə naziri optimist və pessimist variantlardan danışdı

2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat nəzərdə tutulub ki, bu da 2015-ci illə müqayisədə 4 milyard 872 milyon manat azdır.

Milli Məclisin komitələrində 2016-cı ilin dövlət büdcəsi zərfi ilə bağlı aparılan müzakirələrdə maliyyə naziri Samir Şərifov bildirib.

Nazir bildirib ki, 2015-ci illə müqayisdə 2016-cı il dövlət büdcəsinin gəlirlərinin və xərclərinin azalmasının səbəbləri dünyada baş verən qlobal proseslər, həmçinin neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədardır.

Samir Şərifov buna görə gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiymətinin 50 dollar həcmində olacağını vurğulayıb.

Nazir optimist və pessimist varinatlar haqqında danışıb:

“Optimist variant kimi neftin bir barelinin qiyməti 60, pessimist variant kimi isə 40 dollar nəzərdə tutulur. 2016-cı ildən 2019-cu ilə kimi dövlət büdcəsində artım gözlənilmir. Həmçinin neft sektorundan daxilolmalar əvvəlki illərdəki kimi olmayacaq”.

Modern.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər