27 C
Baku
Tuesday, May 28, 2024

Azərbaycanın maliyyə sektoru ötən il aktivlərini 17 % artırıb

Bu il yanvarın 1-nə Azərbaycanın maliyyə sektorunun aktivləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) 46 %-i, qeyri-neft-qaz ÜDM-nin isə 88 %-i qədər – 61.6 milyard manat təşkil edib.

Hökumətin hesabatına əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 17.1 % çoxdur.

Hesabat tarixinə sektorun aktivlərinin 76.4 %-i banklarda cəmləşib. Bu nisbət 1 il bundan əvvəl 73.1 % olub. Hesabat dövründə bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının payı 24.2 %-dən 20.8 %-ə düşüb, sığorta şirkətlərinin payı 2.5 %-dən 2.6 %-ə qalxıb, investisiya şirkətlərinin payı isə 0.2 % qalıb.

Hökumət BOKT-ların aktivlərdəki payının yüksək olmasını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC BOKT-a ötürülməsi ilə izah edir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər