10 C
Baku
Cümə, Oktyabr 29, 2021

Azərbaycanın maliyyə sektorunda yeni layihənin icrasına başlanılır

Bu gün Bakıda “Azərbaycan və Orta Asiyada maliyyə infrastrukturunun təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri” layihəsinin təqdimatı keçirilib.

Report agentliyi xəbər verir ki, tədbir Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Dünya Bankı Qrupunun, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC), İsveçrənin iqtisadi məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəyi ilə baş tutub.

Təqdimatda MBNP-nin İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov, IFC-nin vitse prezidenti Hans Piter Lankes, SECO-nun nümayəndəsi Simona Haberli və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edən IFC-nin sözçüsü Teymur Hacıyev deyib ki, ötən ilin mart ayında Azərbaycanda daşınar əmlakın yüklülüyü ilə bağlı tam elektron reyestr yaradılıb: “MBNP-nin məlumatına görə, indiyə qədər kredit verən təşkilatlar reyestrə 32 min borclu haqqında bildiriş göndəriblər”.

Son xəbərlər
Oxşar xəbərlər