“Azərbaycanın maliyyə sektorunun qiymətləndirməsi payızda tamamlanacaq”

Dünya Bankı (DB) yaxın 2-3 ay ərzində FSAP (Financial Sector Assessment Program) proqramı çərçivəsində Azərbaycanın maliyyə sektorunun qiymətləndirməsini tamamlamaq niyyətindədir.

Bu barədə Dünya Bankının Bakı Bürosunun rəhbəri Sara Maykl bildirib.

“Azərbaycan hökuməti ölkənin maliyyə sektorunun Beynəlxalq Valyuta Fondu ilə birgə növbəti qiymətləndirməsinin aparılması üçün müraciət edib. Bu işə 2020-ci ilin sonlarında start verilib və onun yaxın 2-3 ay ərzində tamamlanması gözlənilir”, – o deyib.

Qeyd edək ki, qiymətləndirmə maliyyə sektorunun mümkün risklərini nəzərdən keçirir və maliyyə sisteminin möhkəmləndirilməsi üzrə müxtəlif tədbirləri müəyyənləşdirir.

BVF və DB Azərbaycanda maliyyə sektorunun ilk qiymətləndirməsini 2003-cü ildə həyata keçirib. Ölkənin maliyyə sektorunun ikinci qiymətləndirməsi 2015-ci ildə baş tutub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.