“Savalan” ASC 2024-cü ili 204 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 161 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 27% artımdır.
Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.
“Savalan” ASC-nin satışdan gəlirləri (əsas əməliyyat gəlirləri) 2023-cü ildə 652 min manat ikən, 2024-cü ildə 702 min manata yüksəlib (7% artım). Satışın maya dəyəri isə 477 min manatdan 483 min manata yüksəlib (6 min manat artıb).
31 dekabr 2024-cü il tarixində “Savalan” ASC 2 milyon 156 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 1 milyon 951 min manat cəmi aktivlərə malik idi.
Xatırladaq ki, “Azərmebelsənaye” Dövlət Konserninin tabeliyində olan, Bakı şəhəri, Nizami rayonu, 1-ci Önünə küçəsi, 19 ünvanında yerləşən Bakı “Savalan” mebel fabrikinin əsasında “Savalan” Açıq Tipli Səhmdar Cəmiyyəti yaradılmışdır.