28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın milyonluq mebel şirkətinə yeni direktor təyin ediləcək

“ACA-Mebel” ASC 18 sentyabr 2023-cü il tarixində, saat 11:00 da “ACA-Mebel” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, iclasın keçirildiyi yer Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2, cəmiyyətin ofis binasıdır.

Gündəliyə çıxarılan məsələlər aşağıdakılardır:

1.Cəmiyyətin adının “ACA-Mebel” Açıq Tipli Səhmdar Cəmiyyətindən, “ACA-Mebel” Açıq Səhmdar Cəmiyyətinə dəyişdirilməsi;

2. Cəmiyyətin Nizamnaməsinin yeni redaksiyada hazırlanması və təsdiq edilməsi ;

3. Cəmiyyətin Müşahidə Şurasının ləğv edilməsi;

4. Cəmiyyətin İdarə Heyəti buraxılması və kollegial idarəçilikdən tək başına icra orqanı kimi Direktorun təyin edilməsi;

5. Cəmiyyətə yeni Direktorun (sədr) təyin edilməsi və digər məsələlər.

Qeyd edək ki, “ACA-Mebel” ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 240 082 manatdır və qanuni təmsilçisi Arif Şirinzadədir.

Son xəbərlər
Digər xəbərlər