25 C
Baku
Sunday, July 21, 2024

Azərbaycanın mobil rabitə operatorlarına aşağızolaqlı tezlik spektri ayrılacaq

Azərbaycanda simsiz rabitə şirkətlərinə mobil genişzolaqlı şəbəkə texnologiyaları üçün daha geniş əhatə dairəsinə malik aşağızolaqlı tezlik spektrin (700 və 800 MHz) ayrılması nəzərdən keçiriləcək.

Bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”ndə əksini tapıb.

Qeyd olunur ki, bu zaman spektrin məhdud resurs olmasını nəzərə alaraq, simsiz rabitə şirkətlərinin mövcud spektrdən daha səmərəli istifadəsi təmin edilməsi nəzərdə tutulur.

Mobil rabitə əlaqələri üzrə adambaşına düşən xərclərin istehlak səbətindəki payının 1,41%-dək artırılması hədəflənir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər