Azərbaycanda bu il ərzində mobil rabitə operatorlarının gəlirləri açıqlanıb.
Banker.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2021-ci ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 4.4 faiz artaraq 897.5 milyon manat təşkil edib ki, onun da 75.3 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 42.3 faizi və ya 379.4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.