25 C
Baku
Sunday, April 21, 2024

Azərbaycanın neft-qaz sektorunda azalma, qeyri-neft-qaz sektorunda isə artım proqnozlaşdırılır

2024-cü ildə Azərbaycanın neft-qaz sektorunda 1.7% azalma, qeyri-neft-qaz sektorunda isə 4.6% artım proqnozlaşdırılır.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Bu, qeyri-neft-qaz sektorunun inkişafı hesabına ölkə iqtisadiyyatının dayanıqlılığının təmin olunması hədəfinə uyğundur. Dediyim göstəricilər həyata keçiriləcək tədbirlər nəticəsində əldə olunacaq”, – deyə o qeyd edib.

“Qeyri-neft-qaz sektorunun inkişafı sahəsində atılan addımların nəticəsidir ki, qarşıya qoyulan məqsədlərə, hədəflərə uğurla nail oluruq. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası istiqamətində geniş tədbirlər həyata keçirilir”, – deyə S.Məmmədov əlavə edib.

MənbəReport
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər