2025-ci ilin 4 ayında (yanvar-aprel) Azərbaycandan ixrac edilmiş neft-qaz sektoruna daxil olan malların cəmi statistik dəyəri 7 milyard 716 milyon dollar təşkil edib.
Banker.az xəbər verir ki, o cümlədən 4 milyard 563 milyon dollarlıq xam neft, 3 milyard 65 milyon dollarlıq təbii qaz ixrac edilib.
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 7 milyard 249 milyon dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 4 milyard 364 milyon dollarlıq xam neft, 2 milyard 759 milyon dollarlıq təbii qaz ixrac edilmişdir.
Beləliklə, bu ilin 4 ayında xam neft ixracından gəlir 4.5%, qaz ixracından gəlir isə 11% artıb.