30 C
Baku
Sunday, July 14, 2024

Azərbaycanın neft və təbii qaz ixracından gəlirləri yanvarda azalıb

Azərbaycanın 2023-cü ilin yanvarında ixrac etdiyi xam neftin və qazın ixracını azaldıb.

Banker.az-a Dövlət Gömrük Komitəsindən bildirilir ki, ilin başlanğıc ayında 2.25 milyon, yaxud 16.76 milyon barrel təşkil edib. Bu da illik 36% azalmadır. İxrac olunan neftdən ölkəyə 1.4 milyard dollara yaxın valyuta daxil olub. Azərbaycan ortalama yanvarda neftin hər barelini 83 dollara satıb. Ötən il isə 78 dollar/barrelə ixrac olunmuşdu.

NEFT İXRACI:

Ölkə Miqdar (ton) Dəyər (min $)
İtaliya 848 983.07 538 333.86
İsrail 381 940.30 237 065.03
Almaniya 145 940.95 91 719.70
Hindistan 138 527.49 85 811.36
Vyetnam 138 516.86 85 115.06
Çexiya 131 799.05 80 730.64
İrlandiya 88 400.01 55 392.91
Rumıniya 86 118.18 52 773.61
Avstriya 85 994.55 52 484.63
Yunanıstan 84 724.61 51 922.56
Türkiyə 84 763.36 50 616.51
İspaniya 30 410.12 15 781.45
CƏMİ 2 246 118.56

 

1 397 747.32

 

Yanvar ayında təbii qaz ixracının həcmi 255.61 milyon kub-metr olub. Bu 2022-ci ilin eyni ayı ilə müqayisədə 84%-dən çox azalmadır. Qazın ixrac dəyəri isə 140.04 milyon dollar təşkil edib.

Təbii qazın hər 1000 kub-m xaricə 548 dollara satılıb. Bu 2022-ci ilin eyni dövründə 498 dollar/ min kub-m təşkil edirdi.

Son xəbərlər
Digər xəbərlər