27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın növbəti 3 ay üzrə hasilat öhdəlikləri təsdiqlənib

“OPEC plus” ölkələri nazirləri may-iyun-iyul ayları üzrə hasilat öhdəliklərinə dair “OPEC” və qeyri-OPEC ölkələri nazirlərinin 15-ci iclasında qəbul edilmiş qərarı təsdiqləyiblər. Qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın da növbəti üç ay üzrə hasilat kvotaları müəyyənləşib.

Banker.az Energetika Nazirliyinin məlumatına əsasən xəbər verir ki,

Beləliklə, Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barrel, iyunda 108 min barrel, iyulda isə 98 min barrel təşkil edəcək. Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barrel, iyunda 610 min barrel və iyulda 620 min barrel həcmində saxlanılacaq. Gündəlik xam neft istehsalı mayda 8 min barrel, iyunda 7 min barrel, iyulda isə 10 min barrel artırılacaq.

Xatırladaq ki, 2021-ci ilin 1 aprel tarixində “OPEC plus” ölkələri nazirlərinin 15-ci iclasında “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilat öhdəliklərinin mayda 6,55 mln. barrel, iyunda, 6,2 mln. barrel, iyulda isə 5,76 mln. barrel həcmində olmasına dair üç aylıq plan qəbul edilmişdir.

Son xəbərlər
Digər xəbərlər