23 C
Baku
Thursday, July 17, 2025

Azərbaycanın özəl banklarının kredit qoyuluşunda payı artıb

2021-ci ilin avqust ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 mlrd 368 mln manat təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən ilin eyni dövründə isə kredit qoyuluşu 14 mlrd 585 mln manat olub ki, bu da illik müqayisədə kredit qoyuluşunun 5.4% çoxdur.

Kredit qoyuluşunun 12 mlrd 93 mln manatı və yaxud 79.6%-i özəl bankların payına düşüb. Özəl bankların kredit qoyuluşdakı payı isə 79.5%-dən 79.6%-ə qalxıb.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 mlrd 874 mln manat təşkil edib. Bu isə 2021-ci ilin iyun ayına nisbətən 0.3% azdır. Dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 18.9%-dən 17.9%-ə düşüb.

Son xəbərlər
Digər xəbərlər