32 C
Baku
Tuesday, July 23, 2024

Azərbaycanın pomidor ixracından daxil olan valyuta 100 milyon dolları ötdü

2024-cü ilin yanvar-may ayında Azərbaycandan 108 milyon 587 min dollar dəyərində 86 067 ton pomidor ixrac olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 19%, miqdar ifadəsilə 10% artıb.

2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 91 milyon 472 min dollar dəyərində 78 076 ton pomidor ixrac olunmuşdu.

Bu il ümumi ixracının 0.97%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 8.61%-i pomidorun payına düşüb.

Son xəbərlər
Digər xəbərlər