27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın pul bazası azalıb

1 Fevral tarixində Azərbaycanda pul bazası 10 760,3 mln manat təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bir ay ərzində pul bazası 1 106.6 mln manat azalıb.

Həmçinin sərbəst və məcburi bank ehtiyatlarında da dəyişiklər olub. Belə ki, sərbəst bank ehtiyatları bir ay ərzində 322.6 mln manat azalaraq 462,5 mln manat, məcburi ehtiyatlar isə 86 mln manat azalaraq 142 mln manat təşkil edib.

O cümlədən dövriyyədə olan nağd pullar və bank ehtiyyatları da azalıb. Belə ki, son bir ay ərzində dövriyyədə olan nağd pullar 700.6 mln manat azalaraq 10 145,3 mln manat, bank ehyiyyatları isə 408.6 mln manat azalaraq 604,5 mln manat təşkil edib. Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti isə 94,3%-ə bərabər olub.

Qeyd edək ki, Pul bazası dedikdə,pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.