15 C
Baku
Cümə, Oktyabr 22, 2021

Azərbaycanın QDTİB-ə borcu məlum olub

faizlere

Ötən ilin yekunlarına görə, Azərbaycanın Qara Dəniz Ticarət və İnkişaf Bankına (QDTİB) ödənilməmiş kreditlər üzrə borcu 121,519 mln. avro təşkil edib.

Bu barədə QDTİB-in illik hesabatında deyilir.

Hesabatda qeyd olunub ki, bu göstərici 2018-ci il ilə müqayisədə 2,2 dəfə artıb. Layihələr üzrə Azərbaycan tərəfindən hələ istifadə olunmamış öhdəliklərin həcmi isə 16,9 dəfə azalaraq 387 min avroya enib.

Qeyd edək ki, QDTİB Azərbaycanda sonuncu dəfə dəyəri 70 mln. avro olan 3 yeni layihə imzalayıb və bura “SOCAR AQS” şirkəti üçün 20 mln. avro dəyərində kredit xətti, SOCAR-la Türkiyədəki “Star” neft emalı zavodu üçün Rusiya neftinin alınması üçün 45 mln. avroluq kredit müqaviləsi və “Turan Bank”a kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün ayrılmış 5 mln. avro dəyərində kredit xətti daxil olub.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər